Modern.az

“Azərbaycan bu sessiyada fəal mövqe ortaya qoyacaq” - AÇIQLAMA

“Azərbaycan bu sessiyada fəal mövqe ortaya qoyacaq” - AÇIQLAMA

Parlament

2 Sentyabr 2015, 14:05


ATƏT Parlament Assambleyasının (PA)  payız sessiyası sentyabrın 15-18-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək. Sessiya “ATƏT-in ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” mövzusu altında keçiriləcək..

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini  Bahar Muradova sessiya zamanı müzakirəyə çıxarılacaq məsələlər barədə danışıb.

Bahar Muradova Modern.az saytına açıqlamasında deyib ki, Asiyada, Avropada əməkdaşlığa dair, siyasi, iqtisadi və insan haqları sahəsində müzakirələr olacaq.

“Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı məsələlərin dünyanın gündəliyinə salınmasına çalışır. Biz bu sessiyada da fəal mövqe ortaya qoyacağıq”. 

Vitse-spiker onu da bildirib ki, Azərbaycan nümayəndə heyəti məhdud tərkibdə həmin iclaslarda iştirak edəcək.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə