Modern.az

İsrail məhv olanadək İran öz hərbi qüdrətini artıracaq

 İsrail məhv olanadək İran öz hərbi qüdrətini artıracaq

Dünya

2 Sentyabr 2015, 23:32

Modern.az xəbər verir ki,  İran Silahlı Qüvvələrinin bölmələrindən biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Möhsün Kazameyni deyib ki, İsrail məhv olanadək İranın öz hərbi qüdrətini artıracağını bəyan edib. 

O, 250 minlik İran könüllüsünün iştirak etdiyi hərbi təlimdə çıxış edən Möhsün Kazameyni İran İslam Respublikasının daim İsraillə mübarizə aparacağını bildirib: "İsrail məhv edilənə, Fələstin isə tam azad olana qədər İslam İnqilabı öz hazırlıq səviyyəsini durmadan artıracaq. Biz təkcə öz ölkəmizi deyil, bütün məzlum xalqları, xüsusilə sionistlərlə mübarizədə ön cəbhədə olan xalqları qorumağa davam edəcəyik".

O, həm də İsraillə savaşan bütün qüvvələrə kömək etməyə davam edəcəklərini də vurğulayıb. (ANS)

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı