Modern.az

Fransa Rusiyaya ödədiyi kompensasiyanın miqdarını açıqladı

Fransa Rusiyaya ödədiyi kompensasiyanın miqdarını açıqladı

Dünya

3 Sentyabr 2015, 12:57



Fransa “Mistral” aviadaşıyıcılarını satmamağa görə Rusiyaya ödədiyi kompensasiyanın dəqiq məbləğini açıqlayıb. Modern.az xəbər verir ki, Fransa Milli Yığıncağının saytında yerləşdirilən məlumata görə, kompensasiyanın məbləği 949 milyon 754 min 849 avro olub. Kompensasiya ödənişi barədə sənədin avqustun 5-də Rusiya baş nazirinin müavini Dmitri Roqozin və Fransa prezidentinin xüsusi nümayəndəsi Lui Qotye imzalayıb.

Müqaviləyə görə, Rusiya kompensasiyanı almayınca, Fransa “Mistral”ları 3-cü dövlətə sata bilməz.

Rusiyanın Fransaya sifariş verdiyi “Mistral” vertolyot daşıyıcları müqavilənin imzlanmasına baxmayaraq, Ukrayna hadisələrinə görə rəsmi Moskvaya təhvil verilməmişdi. 

Vüqar İsmayılov    

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub