Modern.az

ABŞ hakimiyyəti özünə quyu qazdı – rusiyalı diplomat

 ABŞ hakimiyyəti özünə quyu qazdı – rusiyalı diplomat

3 Sentyabr 2015, 21:14

 

ABŞ Parlamentlərarası İttifaqın BMT-nin mənzil-qərargahında keçirilən konfransına Rusiya Federasiyasının səlahiyyətli nümayəndəsi Valentina Matviyenkonu buraxmaması qəbuledilməzdir və bununla təşkilat yalnız özünə ziyan vurdu.  

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Təşkilatının Rusiya Federasiyasından olan daimi nümayəndəsi Vitali Çurkin deyib. Diplomatın fikrincə, ABŞ-ın bu addımı heç də təsadüfi xarakter daşımır: “Bu hərəkəti ilə ABŞ hakimiyyəti özünə quyu qazdı”.   Xatırladaq ki, ötən həftə Sankt-Peterburq şəhərinin qubernatoru Valentina Matviyenkoya Nyu Yorkda baş tutan Parlamentlərarası İttifaqın konfransına getmək üçün viza verilməyib. Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir