Modern.az

ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək

 ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək

3 Sentyabr 2015, 21:33

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama sentyabrın 4-də Ağ Evdə Səudiyyə Ərəbistanının kralı Salmanı qəbul edəcək.

Görüşün məqsədi İraq, Yəmən və Suriyada davam edən münaqişələr və İranın regional siyasəti ilə bağlı narahatlıqlarla bağlıdır.

Bu, Kral Abdullanın ölümündən sonra taxta çıxan Salmanın Birləşmiş Ştatlara ilk səfəri olacaq.

Prezident Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman arasında təkbətək görüş Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir zamana təsadüf etməsi təsadüfü hesab edilmir. ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada İŞİD qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparır, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə Yəməndə İranın dəstəklədiyi Huti qiyamçılarına müqavimət göstərir. Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?