Modern.az

Obama ilə 1000 nəfərlə görüşə gedən ərəb kralından heyrətamiz addım

Obama ilə 1000 nəfərlə görüşə gedən ərəb kralından heyrətamiz addım

5 Sentyabr 2015, 11:24


Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz əl-Saud ABŞ prezidenti Barak Obama ilə görüşmək üçün Nyu Yorka gəlib.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu Yorkun ən dəbdəbəli “Four Seasons” otelinə məskunlaşan kralı min nəfərlik nümayəndə heyəti müşayiət edir.  

Xüsusi olaraq qonaqlar üçün mehmanxanaya qızıla çəkilmiş mebel, güzgü, gecə lampası və asılqan gətirilib.  

Məlumata görə kralın ayağının döşəməyə dəyməməsi üçün “Four Seasons”un dəhlizləri və hətta yeraltı qarajı da qırmızı xalça ilə örtülüb.

Oteldə standart otağın qiyməti 500, lüks otaqların qiyməti isə min dollara qədərdir. 222 nömrəsi olan “Four Seasons” oteli kral üçün bir neçə günlüyə tamailə qapadılıb.    

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?