Modern.az

Köçəryanın kampaniyasına start verildi

Köçəryanın kampaniyasına start verildi

Dünya

6 Sentyabr 2015, 23:43

Ermənistan kütləvi informasiya vasitələrində altı ay əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının keçmiş sədri Qaqik Tsarukyanın təbliğatı aparılır və cəmiyyəti inandırmağa çalışırdılar ki, bu gün-sabah ölkədə hakimiyyət dəyişikliyi baş verəcək, xalqı xilas etmək üçün “bizim İvanişvili” gələcək.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, indi isə eyni qaydada təbliğat keçmiş prezident Robert Köçəryanla bağlı aparılır.

Köçəryanla İvanişvilinin müqayisəsi reallığa daha yaxındır. Köçəryanın maddi durumu 4 milyard dollar qədərində dəyərləndirilir, İvanişvilinin isə cəmisi 1 milyard dolları olduğu iddia edilirdi. Ancaq İvanişvili öz milyardını Gürcüstandan kənarda əldə etsə də, onun bir hissəsini öz ölkəsinin inkişafı üçün xərcləyirdi, Köçəryanın milyardları isə Ermənistanda formalaşıb.

Köçəryanın təbliğatçıları indi onun əsas əleydarı kimi prezident Serj Sərkisyanı və onun hakimiyyətini göstərir, nəyə nail olublarsa, bunun məhz Robert Köçəryanın idarəçiliyi zamanı mümkün olduğunu iddia edirlər. Cəmiyyəti inandırmaq üçün hətta iddia edirlər ki, əgər 2008-ci ildə Ermənistanda iqtisadiyyatda ikirəqəmli inkişaf göstəricisi vardısa, mühacirət dayanmışdısa, iş adamları üçün ən sərfəli situasiya yaradılmışdısa, indi əks situasiyadır – iqtisadiyyyat tənəzzüldədir və mühacirət artıb. Ancaq cəmiyyət bu primitiv təbliğata inanmır, eyni zamanda bu təbliğatın sıravi vətəndaşlara ünvanlanmadığı iddia edilir.

Məlumatda qeyd edilir ki, Köçəryan cəmiyyətin fikrinə tüpürüb, başa düşüb ki, Ermənistanda hakimiyyət məsələsini cəmiyyət həll etmir. Köçəryan ikinci prezident kimi idarəçilik təcrübəsinə əsaslanaraq başa düşür ki, hətta cəmiyyətin 95 faizi onun hakimiyyətinin əleyhinə olsa da, o, özünü prezident seçkilərində qalib elan elan etmək və yenidən prezident kürsüsünə oturmağa qadirdir. Bu səbəbdən Köçəryanın oliqarxlara qarantiya da verib ki, onun hakimiyyətə yenidən gəlməsindən sonra onların iqtisadi üstünlükləri olacaq, öz bizneslərini daha da inkişaf etdirməyə şərait yaradılacaq. Köçəryana indi hakimiyyət məsələsini həll edən adamların fikri daha vacibdir – onlar oliqarxlar və dövlət məmurlarıdır, ictimai fikrə təsir etmək imkanı olan şəxslərdir.

Köçəryan KİV-i artıq bir neçə ildir insanları inandırmağa çalışır ki, Sərkisyan hakimiyyəti iqtisadiyyatı bir nəfər üçün qurmağa yönəlib, Sərkisyanın məqsədi oliqarxları bütün mülkiyyətdən məhrum etməkdir, onlardan iqtisadi imtiyazlardan məhrum etməkdir. Belə şəraitdə onların bizneslərini və mülkiyyətlərini qorumağın yeganə yolu Köçəryanın hakimiyyətə qayıdışıdır.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi