Modern.az

Xalq artisti İlham Əsgərov vəfat etdi

Xalq artisti İlham Əsgərov vəfat etdi

7 Sentyabr 2015, 00:15

Tanınmış aktyor və bədii qiraət ustası, xalq artisti İlham Əsgərov sentyabrın 6-da qəflətən vəfat edib. Aktyorun qəfil vəfatı barədə xəbəri Modern.az saytına şair Vüqar Əhməd verib. İlham Əsgərov beyninə qan sızmasından dünyasını dəyişib.

Qeyd edək ki, xalq artisti İlham Əsgərov bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu.

Xalq artisti iki il əvvəl, 2010-cu ilin dekabrında beyin insultundan müalicə olunub.

O, uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkirdi.

1982-ci ildən Akademik Milli Dram Teatrında çalışan istedadlı aktyor İ.Əsgərov bir sıra məşhur tamaşalarda oynamaqla yanaşı, Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.

İlham Təvəkkül oğlu Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti,15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin..

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı