Modern.az

Məscid tikmək olmaz....

Məscid tikmək olmaz....

21 Oktyabr 2010, 18:27

Moskvanın Cənub –Şərq dairəsində müsəlmanlar üçün məscid tikintisinə yerli perefektura icazə verməyib. Modern.az “Utro” qəzetinə istinadən bildirir ki, dairə prefektinin müavini Aleksandr Skrospelov bu barədə olan müraciəti Moskva meriyasına göndərib. Sənəddə məscid üçün başqa yerlərin tapmaq təklif olunub. O,  Tekstilşi rayonunda yaşayan sakinlərin imzaladığı müraciəti əlində əsas tutub.

195 nəfər sakinin imzaladığı  müraciətdə vətəndaşlar bildiriblər ki, rayonun yaşıllıq zonasına düşdüyü üçün məscidin tikilməsinin əleyhinədirlər. Sakinlər ekoloji və məişət şəraitini pozaulması təhlükəsini bəhanə gətirərk burada ümumiyyətlə hər hansı bir tikintinin aparılmasının əleyhinə olduqlarını yazıblar. 
Aleksandr Skrospelov bildirib ki, bu barədə son qərar birgə müzakirələrdən sonra qəbul ediləcək.  Müraciət imzalayanlar isə prezident Dimitri Medvedevə üz tutacaqlarnı deyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir