Modern.az

Bank sədri maaşını qaçqınlara verəcək

Bank sədri maaşını qaçqınlara verəcək

7 Sentyabr 2015, 16:01



Finlandiya Bankının sədri Erkki Liikanen öz aylıq əmək haqqını miqrantlara verəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bank sədri Qırmızı Xaç Cəmiyyətinin aksiyası çərçivəsində bu addımı atacaq:

  “Mən Qırmızı Xaç Cəmiyyətinin aksiyasına qoşuluram və aylıq əmək haqqımı – 10 min avronu təşkilatın hesdabına köçürürəm. Mən bilirəm ki, bu vəsait daha çox ehtiyacı olan insanlara çatacaq” .  

Erkki Liikanen 2004-cü ildən Avropa Mərkəzi Bankının idarəedici şurasının üzvüdür. Bundan qabaq, Finlandiya baş naziri Yuha Sipilya paytaxt Helsinkidə yaşayacağı üçün gələn ilin əvvəllərindən Kempele şəhərindəki evini miqrantlara verə biləcəyini söyləyib.      

Vüqar İsmayılov  
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi