Modern.az

Jurnalist namizəd seçicilərlə görüşlər keçirib

Jurnalist namizəd seçicilərlə görüşlər keçirib

22 Oktyabr 2010, 11:23

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizəd Aqil Aslan seçicilərilə görüşlərini davam etdirir. Modern.az xəbər verir ki, Aqil Aslan oktyabrın 21-də Goranboy rayonunun Qaraçinar və Zeyvə kəndlərində seçicilərlə görüşüb. Görüş izdihamla yadda qalıb.
Deputatlığa namizəd seçicilərə millət vəkilinin görməli olduğu işlərdən danışıb, onları 7 noyabr seçimlərində fəal iştirak etməyə çağırıb. Namizəd  bildirib ki, 7 noyabrda Goranboy-Ağdam-Tərtər seçki dairəsinin seçicilərinin müstəqil seçim edəcəklərinə inanır.
A.Aslan bildirib ki, seçicilər ona etimad göstərərlərsə, o da var qüvvəsi ilə onları narahat edən məsələlərin həllinə çalışacaq.
Goranboylu seçicilər bu rayonda doğulub, boya-başa çatan və uzun müddətdir jurnalist fəaliyyəti ilə məşğul olan Aqil Aslana inandıqlarını vurğulayıb, ona uğurlar arzulayıblar.

A.Aslan deyib ki, qarşıdakı görüşlərdə seçicilərlə onların öz evlərində tanış olub söhbətləşməyi planlaşdırır. “Xüsusilə Ağdamdan olan seçicilərin yaşadığı yataqxanalarda qapı-qapı gəzib onların problemlərini öyrənməyə çalışacam”.

Qeyd edək ki, “Ekspress” qəzetinin əməkdaşı A.Aslanın namizəd olduğu dairə 55 seçki məntəqəsini əhatə edir. Onlardan 27-si Goranboyda, 3-ü Tərtərdə, 25-i isə Ağdam köçkünlərinin məskunlaşdığı 17 şəhər, rayonda yerləşir.

A.Aslan Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısında yer alır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir