Modern.az

Milyarderin otelində 5 min gecə...

Milyarderin otelində 5 min gecə...

8 Sentyabr 2015, 23:58

Norveçdən olan milyarder Petter Stordalen qaçqınlara xüsusi təklif irəli sürüb.  

Bu haqda Modern.az xarici ölkə mətbuatına istinadən xəbər verir.

Stordalen qaçqınlara oteldə 5 min gecə qalmağı təklif edib. Bu haqda o, özünün Twitter hesabında məlumat yayıb.

Nordic Choice mehmanxanalar şəbəkəsinin sahibi olan Stordalen ehtiyacı olan qaçqınları oteldə yerləşdirməyi və onlara pulsuz yemək paylamağı vəd verib. 

Norveç hökumət strukturları da Ehtiyac olacağı təqdirdə bu təklifdən yararlanacaqlarını açıqlayıblar. 

Bu ilin avqustunda Norveçə siyasi sığınacaq üçün 2300-dən çox müraciət daxil olub. Ölkə 1990-cı ildən sonra ilk dəfə belə miqrant axını ilə üzləşib. Dövlət orqanları ilin sonunadək 16 min insanın sığınacaq üçün müraciət edəcəyini təxmin edirlər. 

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir