Modern.az

Qaçqına badalaq vuran jurnalist işdən qovuldu - VİDEO

Qaçqına badalaq vuran jurnalist işdən qovuldu - VİDEO

Dünya

9 Sentyabr 2015, 11:00


Macarıstanın milli televiziyası olan N1TV kanalının əməkdaşı Petru Laslo polislərdən qaçan və əlində körpəsi olan miqranta badaq vuraraq, onu yerə yıxdığı üçün işdən qovulub. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, həmni anı əks etdirən videogörüntü sosial şəbəkələrdə yayıldıqdan sonra kanal rəhbərliyi işçisindən ayrılmalı olub.

“Bizim həmkarımız Reske düşərgəsində (mühacirlərin saxlanıldığı yer) özünü düzgün aparmadı”, - kanalın baş redaktoru Saboş Kişber deyib.

Sonradan yayılan daha bir video görüntüdə jurnalist xanımın miqrantları təpiklədiyini əks etdirir.

N1TV kanalı Macarıstanın millətçi “Yobbik” partiyası ilə sıx əlaqələri ilə tanınır və reportajlarında miqrantlara qarşı neqativ münasibət sərgiləyir. 




Vüqar İsmayılov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?