Modern.az

XI sinif şagirdi yazdı: Təhsil problem deyil, problem təhsildir

XI sinif şagirdi yazdı: Təhsil problem deyil, problem təhsildir

Ədəbi̇yyat

9 Sentyabr 2015, 16:40


Gənclərə və valideynlərə daha çox xitab etmək gərəklidir. Qoy, hər yazılan yazı birər xitab olsun müasir gəncliyə və yönləndirməyə. Əskiləri oxumasın qoy gənclər, buna da razı olun, barı bir az çağdaşlaşaq. Hər mədəniyyət, hər fəaliyyət, hər sivilizasiya, istənilən gənclik müxtəlif yollarla və eyni şəkildə püxtələşir, formalaşır. Bizim istədiyimiz, daha doğrusu, başdakı böyüklərin istədikləri beyin yüklənməsidirsə, buna, yəni beyninizin istənilən məlumatı həmişəlik saxlamağa çalışmasına öyrəşməyinizdəndir. Etirazınızı açıq-aydın dilə gətirmədiyiniz üçün sizə istəmədiyiniz bilgiləri də maraq dairənizdə olanlarla birlikdə yükləyirlər. Bunun əsas səbəbi metodsuzluq idisə, indi insanına dəyər verməməkdir. Təhsil verdiklərini öz üzərinə qaldırmamaq üçün, yəni sırf öz mənfəətini güdərək bəzi güzəştlərə getsən belə, onlara nə öyrədəcəyin mövzusunda da qərarsızsan sanki. Təhsil insanın bilgi dairəsinin genişləndirilməsidir. Məsələn, bir humanitar yönümlü şagirdin beynini qocaman fizika, kimya dərslikləriylə doldurmaq onun psixoloji sarsıntısına səbəb olur və şagird bundan sonrakı görəvlərini də həmin fizikanı öyrəndiyi kimi, başından edərcəsinə yerinə yetirir. Bu, vərdiş halına çevrilir.

Bizi qarşılayan yeni formalaşma dövrü düşüncəyə, tam olaraq dərin dərrakəyə, zehniyyətə əsaslanır. Hər yeni rahatlıq yeni sınaq və əlavə çətinlik olmalıdır. Hətta bunu belə insan özü beynində tənzimləməlidir. Hər yeni yenilik həqiqətən də yenidir və müəyyən əfkara əsaslanmışdır. Türk gəncliyi öz sinəsinə döyərkən Qərb öz imkanlarını daha da genişləndirdi. Şərqdə doğulan mədəniyyət Qərbdə böyüyüb boya-başa çatdı. Şərq “halva-halva” dedi, Qərb həmin “halva”nı yedi. Əlimizdəkilərlə yetinməyimizdədir səbəb. Bu gün xaricdə oxuyan tələbərin var, onların dünyagörüşləri zəngindir və sən onlara baxıb qürrələnirsənsə, daxilini necə tənzimləyəcək, idarə edəcəksən.

Dilimizi belə yalan satan şər düşüncəli yalnızca öz mənafelərini düşünən qüvvələr bu gün həyatımızın istənilən sahəsində bizi qarabaqara izləyirlər. Bizimsə izlədiyimiz başqalarını həsədlə izləməyimizdir. Bu gün qalxınmasaq, mən qalxmasam, sən qalxmasan, kimi qaldıracaq bizi, görəsən? Tənqidlər kifayət eləmir, onlar tezliklə solan çiçək kimidirlər. Keçmişi geridə qoyub yeni üsullarla oyandırmaq lazımdır cəm olan insanları. Onlar yalnızca əyləncəyə toplanırlar bu gün, təəssüf ki, digər məqsədləri yoxdur. Keçmişi irəliyə çıraq tutub gələcək üçün çarpışmaq əsasdır. Nəticə çıxarılası qaranlıqdan keçib irəliləyirik. Həyat davam etdikcə, dünya var olduqca heç nə gec deyil, buna inanmaq vacibdir. Və müəllimlərimizə də başa salmaq gec deyil ki, sizin dərsinizdə uşaqlar daim yuxulayırlar. Bəlkə onları ayıltmaq əvəzinə özünüz ayılasınız birinci. Mənim tarix müəllimlərimdən biri bütün dərsi danışırdı da, bizim beynimizə heç nə daxil olmurdu. Qulaq birindən qəbul edib digərindən buraxır. Tarix yaşanaraq öyrədilməlidir halbuki. Biz isə dərslərimizdə ölürük, yaşamaqdan, yaşatmaqdan söhbət belə gedə bilməz. Tarix araşdırmalarla öyrənilməlidir, yoldaş müəllim, yoldaş şagird, yoldaş təhsil. Və bu gün belə öz sovet ideologiyasını milli məfkurəsi sayan yaşı altmışı keçmiş müəllimlər, məktəb direktorları var. Onlar sizin, bizim çağdaş gənclərimizə öz fikirlərini aşılayır, bununla örnək olmağa çalışırlar. Bəzən də heç çalışmırlar, hər şey olduğuna, olacağına varır.

Xeyr, günah təhsildə deyil. Təhsil heç vaxt günahkar ola bilməz. Təhsil günahkardırsa, onu məhv edək. Buyurun, oturaq və günahkar qılmağa şəxs arayaq. Günahı dində də gördülər, gerilikdə də gördülər, İslamda, azad fikirdə də gördülər. Günah “Qurani-Kərim”dədir ki, ilk sözü “Oxu!” idi Məhəmmədə(s.) göndərilən. Əgər bu gün oxuyursan və Yaradan Rəbbinin adıyla başlamırsansa, ey gənc, şər əməl tutursan.

Düzəltmək və düzəlmək insanın çalışmağa bacardığı işdir. İstənilən gediş gəncliyin gəlişi üçündür həyat lövhəsi üzərində. Yaxşı oynamaq üçün yaxşı düşünmək, yaxşı düşünmək üçün isə, yaxşı qidalandırmaq lazımdır əfkarı. Dünya zehni-səltənətə çevrilir. Cahangiranə kainat bizi idarə etmir və o, heç də cahangir deyil. Sən əsl Cahangirin fərqinə varsa idin, hər şey tamam fərqli olardı, ey insan. Axı niyə Nəcip Fazil söyləyir:

“Deyirlər, Dünya öküz üzərində fırlanır,
Dünya üzərində fırlanan neçə öküz gördüm.”

Və zaman var idi, insanların gözündə cahangir həmin öküz idi, Yeri fırladan. İndiki cahangirlər yer üzərində fırlanan öküzlərdir. Çox uzun zaman sonra bəlkə, amma əsl Cahan Sahibini hamı tanıyacaq. Özünü hökmdar sayanlar da utanacaq, miskin həyat sürüb nafilə yerə əllərini göylərə açanlar da. Allah ona açılan heç bir əli boş qaytarmır geri, o əl hərəkət etsə öz gücünə bir azcıq.

Və bu gün Yer üzünün insanları adamı boğan, xəstəliklərə səbəb olan toz yığını kimidir. Toz varsa əgər, onu soran da icad edilmişdir mütləqa. Diqqətli ol, ey türk oğlu, “mən uluyam!” deyib keçmə. Zira nə ulayanlar gördük bircə addım sonra yerdə xalqın gözündəki kədəri oxumayanları. Çox xalqlar yanıldı və bəlasını davamları çəkdi. Keçmişini yaşamayan gələcək onu gerçəkdən yaşamağa məhkumdur. Torpaqlarını gerimi qaytarmaq istəyirsən? O torpaqlar sənindirmi həqiqətən? “Bir şey əlində deyilsə, sənin deyil” prinsipini mənə hayat öyrətdi. Bəli, ən böyük öyrətmən səni öyrədən deyil, ən böyük öyrətmən sənin öyrəndiyindir, yəni sən özünsən. Qarşına çıxanı anlayaraq öyrənib istifadəyə yararlı olub-olmadığını özün müəyyənləşdirəcəksən. Bax, bunu öyrətmək lazımdır gəncliyə. Necə öyrənmək lazım olduğunu, öyrənmək bacarığını aşılamaq lazımdır. Yoxsa, nə qədər çeynəsən də loxmanı, öz dişi əzməyibsə, dadını anlamayacaq. Əzbərləmək qısamüddətli olsun qoy, amma bəzi şeylər var ki, dostlarım, onları əzbərləmək mümkün olmayacaq. Anlamasan, öyrənə bilməyəcəksən.

Ağlındakı problemi ilk öncə özündə ara. Tapa bilmədinsə, “yoxdur” demək olmaz. Həyat başdan-ayağa problem yığınağıdır. Bu problemlərdən arınmaq üçün onlardan qaçmamalısan. Əgər sağlam nəsihət arzusundasansa, ruhunu qoy qarşına, söhbət elə, araşdır nə istədiyini onun da. Ruhunu anlamayan gənclik gələcəyin ən ali əlilidir. Ruh sənin daxilindir. Sənin ruh aləmin sənin mənəvi orqanındır. Onu müayinələrdən məhz özün keçirməlisən. Gəncliyin ilk öncəki sorunu nə istədiyini bir dürlü müəyyənləşdirə bilməməsidir. Qərarsızdır çağdaş türk gənci. Xəyalların ardıyca qaça-qaça yoruldunmu, zavallı? Bəlkə də onları uzaqdan seyr eləyərək daima... Bütün bu miskinlik gələcək problemlərin çarçısıdır. Oturdunuzsa, o həzzi bir daha əldən vermək istəməyəcəksiniz. Odur ki, mənzil başına çatmamış yer rahatlamayın arxanıza.

Bir nəsil əvvəlcə özünü, sonra da gələcək nəsillərini düşünməlidir. Özünü düşünən mövcudiyyət gələcəyini də düşünər və gələcək mövcudiyyəti də düşünər. Yaşından asılı olmayaraq, hər bir insanın amalı da, fikri də, çabası da kamilləşmək üçün sərf edilməlidir. Gənclik kamil düşüncələrin üzərində qurulmalıdır ki, yarımçıq çatı olmasın başımıza.                       


Adil AYDIN Nəhmət
“Dəyanət” liseyi, XI sinif şagirdi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü