Modern.az

Gənc YAP-çı namizəd: “YAP heç vaxt seçicilərinə hər hansı bir vədlər vermir..”

Gənc YAP-çı namizəd: “YAP heç vaxt seçicilərinə hər hansı bir vədlər vermir..”

Təhsil

22 Oktyabr 2010, 16:56

“YAP heç vaxt seçicilərinə hər hansı bir vədlər vermir. Ümumxalq partiya adını əməli fəaliyyəti ilə qazanmış Yeni Azərbaycan Partiyası hər zaman real işlərlə seçicilərin qarşısına çıxır”.
Bu sözləri YAP-ın 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizədi, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva hakim partiyanın saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün insanlar vədlərə inanmırlar. Müxalifəti yalan vədlər verməkdə ittiham edən bu gən namizəd indiki müxalifət təmsilçiləri AXC-Müsavat cütlüyünün hakimiyyəti dönəmində xalqa acı bəlalar verdiyini, dövlət müstəqilliyimizin məhv edilməsi təhlükəsini yaratdıqlarını bildirib.

“Əldə olunan uğurlar bu gündə davam etməkdədir. Bu baxımdan da, hazırda üç-beş müxalifət təmsilçisinin səsləndirmiş olduğu populist çıxışlarda cəmiyyəti çaşdırmağın qeyri-mümkün olduğu tam açıqlığı ilə hər kəsə məlumdur. Ümumiyyətlə ictimai-siyasi aktviliyin yüksək olduğu dövrlərdə müxalifətin ucuz şou düzültmək üçün atmış olduğu bütün addımların heç bir əhəmiyyəti və mənası yoxdur. Yəni xalq hər şeyi görür və onların da ən layiqli cavabını verir”-deyə gənc YAP-çı vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə