Modern.az

Ekspertlər: “Səhər 9-dan 5-ə qədər iş rejimi işgəncədir”

Ekspertlər: “Səhər 9-dan 5-ə qədər iş rejimi işgəncədir”

10 Sentyabr 2015, 15:00

Oksford Universitetinin mütəxəssisləri apardıqları geniş araşdırmadan sonra aydınlaşdırıblar ki, səhər saat 9-dan 5-ə qədər olan iş rejimi insanın iş qabiliyyətinə və sağlamlığına mənfi təsir göstərir.

Modern.az xarici KİV-ə isitnadən verdiyi xəbərə görə, alimlərin araşdırmaları göstərib ki, tezdən oyanmaq insan orqanizminin bioloji ritmi ilə uyğunlaşmır və sağlamlıqla bağlı problemlərə aparır.

Alimlərin fikrincə, 18-50 yaşlı insanlar üçün iş saatı səhər saat 10-dan başlamalıdır. “İşin erkəndən başlamsı insan yuxusunun deprivasiyasına (doyunca yuxu almamaq) səbəb olur. Bizdə deprivasiyadan bütün cəmiyyət əziyyət çəkir”, - Oksford Universitetinin professoru Pol Keli deyib.  

Alimlər səhər saat 9-dan 5-ə qədər davam edən iş rejimini işgəncə ilə müqayisə edirklər. Bu rejim bəzi insanlarda ömrü boyu davam etdiyi üçün onlarda ürək xəstəlikləri daha tez aşkar olur, böyrəkləri zəif çalışır və bütün endokrin sistemi, o cümlədən əsəbləri daim stressdə olur.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi