Türkiyə-Ermənistan sərhədlərinin açılmasını mümkün edə biləcək protokola etiraz olaraq Ankaraya səfər edən azərbaycanlı deputatlardan ibarət nümayəndə heyəti oktyabrın 15-də görüşləri davam etdirir. Be barədə
Modern.az saytına nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli məlumat verib. G.Hacıbəyli bildirib ki, bu saatlarda hakim Ədalət və İnkişaf Partiyasının qərargahındadırlar və orada yenidən müzakirələr aparılır.
Xatırladaq ki, deputatlarımız səfərin ilk günündə də bu partiyada olub və sədrin beynəlxalq əlaqələr üzrə müşaviri ilə görüşüblər.