Modern.az

Yaponiyada 61 min nəfər 100 yaşı haqlayıb

Yaponiyada 61 min nəfər 100 yaşı haqlayıb

11 Sentyabr 2015, 14:08

Yaponiyada 100 yaşını haqlayan insanların sayı 61568 nəfərə çatıb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu ölkə tarixində yeni rekord sayılır. Uzunömürlüllərin 87 faizinin qadınlar olduğu da bildirilir.

Yaponiyada, adətən, 100 yaşı tamam olan şəxslərə gümüşdən hazırlanan və sake qəbul etmək üçün (sake - düyüdən hazırlanan alkoqollu içki) qab-qacaq dəsti hədiyyə olunur. Ölkədə uzunömürlülərin sayının artmasına görə dəyəri 7 min yapon yeni (6,1 min manat) olan gümüş qab-qacaq dəstinin daha ucuz hədiyyələrlə əvəzlənməsi müzakirə olunur.


Vüqar İsmayılov    

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?