29 saylı seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun seçki qərargahının təqvim planına uyğun olaraq 22 oktyabrda Səbail rayonunun Salyan yolu dalan 4 və Elçin Əzizov küçələrinin sakinləri ilə görüşü oldu. Seçicilərin səmimi alqışları ilə qarşılanan Fuad Muradov onlar qarşısında çıxış etdi.
Bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşının 1 nömrəli problemi ölkəmizin ərazi bütövlüyü məsələsidir.
«Azərbaycanın haqq mövqeyi aparılan məqsədyönlü siyasət nəticəsində dünya birliyi tərəfindən qəbul edilir. Buna ən böyük misal olaraq Almaniya bundestaqı, İtaliya senatı və Avropa Parlamentində qəbul olunan qətnamələri göstərmək olar. Son olaraq Avropa Parlamentinin qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnamə erməniləri küncə sıxdı. Diplomatiyamızın qarşıya qoyduğu əsas məqsədlərdən biri beynəlxalq təşkilatların qərar və qətnamələrinin kağız üzərində qalmaması, bunun əməli işdə sübut olunmasına nail olmaqdır.
Seçicilər adından çıxış edən Kərim Məhərrəmov bildirdi ki, Fuad Muradovun millət vəkili kimi fəaliyyətini qiymətləndirərkən onun beynəlxalq əlaqələr, xüsusən də Qarabağ və Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə müdafiə olunması sahəsində töhfəsini xüsusilə qeyd etmək lazımdır.
Digər seçicilər Ziyadxan Mehbalıyev, Mikayıl Məmmədov, Validə Ələkbərova və başqaları çıxış edərək qeyd etdilər ki, Fuad Muradov ən gənc millət vəkili olaraq özünün dünyagörüşü, savadı, intellekti və bir sıra digər keyfiyyətləri ilə seçilən deputatlardandır. Onun ən üstün cəhətlərindən biri hər bir insana, vəzifəsindən, peşəsindən asılı olmayaraq insani münasibət göstərməsidir. Biz onun yenidən millət vəkili seçilməsini istəyirik. Çünki doğurdan da ölkəmizin Fuad Muradov kimi gənclərə ehtiyacı var və onun Azərbaycan parlamentində təmsil olunması vacibdir.
| |
| |
|
|
|
|
|
|