Modern.az

Rövnəq Abdullayev seçicilərdən şikayət məktublarını şəxsən yığdı

Rövnəq Abdullayev seçicilərdən şikayət məktublarını şəxsən yığdı

Təhsil

22 Oktyabr 2010, 20:35

Bu gün 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd,  Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Futbol Fedrasiyaları Assosiasiyasının rəhbəri Rövnəq Abdullayev  Nizami rayonun Keşlə qəsəbəsindəki “Keşlə” parkında seçiciləri ilə görüş keçirdib. Modern.az-ın məlumatına görə, görüşdə bir neçə min adam iştirak edib.

Tədbirdə çıxış edən R.Abdullayev deyib ki, Keşlə və 8-ci kilometr qəsəbəsi onun üçün çox əziz bir yerdi. “Mənim həyatımın böyük bir hissəsi bu rayonla, bu qəsəbə ilə bağlıdır və mən çox şadam ki mənim namizədliyim ikinci dəfə məhz bu dairədən irəli sürülüb”.
R.Abdullayev deyib ki, beş il öncə söz verilmişdi ki, Nizami rayonu abadlaşacaq, həyətlərə asvalt çəkiləcək, su, qaz, işıq məsələləri həll olunacaq: “Biz vədlərin hamısını yerinə yetirdik”.

Seçici Bağır Ağayev çıxış edərək deyib ki, R.Abdullayev 2005-ci ildə 24 saylı Nizami birinci seçki dairəsindən Milli Məclisə deputat seçiləndən sora Keşlədə qəsəbədaxili yollara da asfalt döşəndi, yeni su xətləri çəkildi, məscid əsaslı təmir olundu. “Ən böyük problem olan məktəb problemimiz həll olundu”.
Seçicilər deyiblər ki, Rövnəq Abdullayev 2005-ci ildə xeyirxahlıq edərək Nizami rayonundan Həcc, Məşhəd ziyarətinə 100-ə yaxın zəvvar göndərib.

Görüşün sonunda Rövnəq Abdullayev seçicilərə şəxsən yaxınlaşaraq şikayət məktubların özü alıb.





Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə