Modern.az

Rəşad Sadıqovun ayağı yeni klubuna düşüb: 2-ci qələbə

Rəşad Sadıqovun ayağı yeni klubuna düşüb: 2-ci qələbə

Təhsil

23 Oktyabr 2010, 00:02
 Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun forma geydiyi “Eskişehirspor” klubu Türkiyə Superliqasında növbəti oyununu keçirib. Klub yeni baş məşqçi Bülənt Uyğunun rəhbərliyi altında ikinci matçına çıxaraq ikinci qələbəsini qazanıb. “Eskişehirspor” səfərdə “Karabükspor”u üstələyib və ardıcıl qazanılan ikinci qələbəyə sevinib.


Həmyerlimiz bu matçda da start heyətində yer alıb və 90 dəqiqə meydanda qalmaqla, qələbədə əsas pay sahiblərindən olub. Oyunun başlaması ilə birlikdə rəqibin təzyiqi ilə üzləşən “Eskişehirspor” müdafiəsi hücumların qarşısını almaqda çətinliklə üzləşib. Nəticədə Rəşad 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Daha sonra üstünlüyü ələ alan Bülənt Uyğunun komandası vurduğu iki qola qarşı rəqibinin bir dəfə fərqlənməsinə mane ola bilməyib və matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu nəticədən sonra hesabındakı xalları 9-a çatdıran “Eskişehirspor” türnir cədvəlindəki vəziyyətini biraz da yaxşılaşdırıb və 13-cü pilləyə yüksəlib.

 “Eskişehirspor”un növbəti turdakı rəqibi “Ankaragücü” olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə