Modern.az

Milli Məclisin texnikum qurtaran deputatı kim olub?

Milli Məclisin texnikum qurtaran deputatı kim olub?

Parlament

23 Oktyabr 2010, 12:48

Tarixə qovuşan üçüncü parlamentin deputatları içərisində mühəndis- texnoloqlar lider olub

2005-ci ildə keçirilmiş seçkilərdən sonra formalaşmış üçüncü çağırış Milli Məclis son iclasını keçirərək tarixə qovuşur. Deputatlar son dəfə dövlət himnini oxuyaraq rahat kresloları tərk ediblər.  Özünəməxsusluğu ilə yadda qalan üçüncü parlament və onun deputatlarının çağdaş tarixdə hansı rolu oynadıqlarına zaman özü qiymət verəcək. Modern.az üçüncü çağırış Milli Məclisə seçilmiş deputatların peşə ixtisası və digər maraqlı ola biləcək məqamlarını araşdırıb.

2005-ci ildə noyabrında keçirilən seçkilərdən sonra Mərkəzi Seçki Komisisyası 115 nəfərin deputat seçlməsini təsdiq edib. Qalan 10 yer sonradan keçirilən təkrar seçkilər nəticəsində formalaşıb. 

2005-2010-cu illərdə seçicilərini Milli Məclisdə təmsil etmiş deputatların 124 nəfəri ali təhsilli olub. Yalnız 1 millət vəkilinin orta-ixtisas təhsili olub. Deputatlardan 110 nəfəri kişi, 15 nəfəri qadın olub. Yaş hədləri də maraqlıdı. 2005-ci il seçimləri zamanı 25-40 yaş arasında olan deputatlar 23% olub. 41-50 yaş arasında olan deputatlar isə Milli Məclisin 38 faizini təşkil edib. Ən yuxarı hədd 51-60 yaş arası olub - 42%. Milli Məclisin 60 yaşdan yuxarı deputatların 16 faizi təşkil edib.

Millət vəkillərinin  peşə fəaliyyəti də maraqlıdır. Üçüncü çağırış Milli Məclisinə seçilən deputatlar arasında mühəndis-texnoloqlar lider olub. Millət vəkillərinin 26 nəfəri bu ixtisasın sahibi olub.  İkinci yerdə hüquqşünaslar gəlib. Qanun yaradıcılığı ilə 19 nəfər hüquqşünas deputat məşğul olub. Parlamentdə vacib sahə olan iqtisadi qanunların qəbuludur. 16 deputat iqtisadçı diplomu daşıyıb. Tarixçilər 10 nəfər, filoloqlar 8 nəfər olub. Deputatların 8 nəfəri həkim, 5 nəfəri jurnalist, 4 nəfəri müəllim, 4 nəfəri riyaziyyatçı olub. Politoloq ixtisası cəmi 3 deputatda olub. 3 millət vəkili şərqşünas olub. Bundan başqa Milli Məclisin üzvlərinin 2 nəfəri əmtəəşünas, 2 nəfəri filosof, 2 nəfəri psixoloq, 2 nəfəri kimyaçı, 2 nəfəri, aqronom, 2 nəfəri fizik olub. Parlamentdə həmçinin 1 şair, 1 yazışı, 1 bioloq, 1 ekoloq, 1 müsiqiçi ixtisası olan deputat əyləşib. İdarəetmə-menecer ixtisası isə 1 nəfər deputatın peşəsi olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!