Modern.az

Şəki Şəhər Mərkəzi Xəstəxanasında növbəti ÖLÜM Faktı

Şəki Şəhər Mərkəzi Xəstəxanasında növbəti ÖLÜM Faktı

13 Sentyabr 2015, 14:08

Mərhumun oğlu Modern.az-a yazdı

 

 

Şəki Şəhər Mərkəzi Xəstəxanasında növbəti ölüm faktı ilə bağlı Modern.az saytına şıkayət daxil olub.

Şikayəti mərhumun oğlu  yazıb. Onun yazdığı şikayət məktubunu olduğu kimi təqdim edirik.

- Salam. Sizə Şəki Rayon Mərkəzi Xəstəxanasının səhlənkarlığı ucbatından baş vermiş ölüm hadisəsi haqqında ve orada müşahidə olunan özbaşınalıqlara dair məlumatı çatdırıram. Xahiş edirəm bu hadisənin işıqlandırılmasında və günahkarların cəzalandırılmasında köməklik edəsiniz.

Əlaqə Üçün: +99455428541

- Mən Elvin Məsimov Nizami oğlu 01 Avqust 2015-ci il tarixində Şəki Şəhər Mərkəzi Xəstəxanasında həkimlərin səhlənkarlığı ucbatından atamın həyatını itirməsi ilə bağlı ölkə Prezidenti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlara müraciət göndərir və bütün media nümayəndələrinin bu məsələnin işıqlandırılmasında və qısa zaman ərzində günahkarların cəzalandırılmasında kömək göstərmələrini xahiş edirəm.

 Atam Nizami Məsimov 01 avqust saat 16:00-17:00 radələrində nəfəs çatışmazlığından Təcili Tibbi Yardım vasitəsilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırıldı. Xəstəxananın reanimasiya bölməsinə yerləşdirildikdən sonra UZİ olunması üçün otağa aparılır və orada həyatını itirir. Mərhum atam xəstəxanaya çatdırılana və ölüm hadisəsi baş verənə qədər keçən 2 saat ərzində aşağıdakı səhlənkarlıq və özbaşınalıqların qurbanı oldu: Təcili Tibbi Yardım maşını oksigen balonları və soyutma sistemi ilə təmin olunmadığından və hava isti olduğundan xəstəni sürücünün yanında oturdublar, halbuki o uzanmış halda xəstəxanaya çatdırılmalı idi Xəstəxanada olan oksigen balonları isə boş olub, təsəvvür edin içində hava olmayan balonun maskasını bilə-bilə xəstəxanın ağzına qoyurdular ki, balonun boş olduğunu gizlədə bilsinlər. Atam “maskanı çıxarın mən boğuluram” deməsinə baxmayaraq dəfələrlə maskanı çıxarıb yenidən taxırdılar. Hətta balondan istifadə qaydalarını da bilmirdilər, qaz açarı ilə açır istifadəsi üçün tibb bacıları biri-birinə baxırdılar.

 Şəkinin ən böyük xəstəxanasında ağır vəziyyətdə olan xəstələr üçün heç bir dərman və digər tibbi ləvazimatlar yoxdu, iki dəfə adi şpris daxil olmaqla bizi müxtəlif iynə dərman almağa göndəridilər. Nəfəs çatışmazlığı olan və boğulduğundan şikayətlənən xəstəni balonsuz UZİ otağına aparırlar və orada da dünyasını dəyişir. Bundan sonra mən və anam həmin xəstəxanın baş həkimi və tibb bacısı ilə görüşdük, onların “kimə istəyirsən get şikayət et, nə edək bacarmadıq” və “biz necə balonun boş olduğunu deyə bilərik, xəstənin qohumları bizi ele ordaca öldürərlər” kimi yanaşmalarının şahidi olduq.

Belə səhlənkar və işini bilməyən həkimlərin özlərinin dediyi kimi son günlərdə 12 nəfər xəstədən 9-u məhz reanimasiyada dünyasını dəyişib. Atam da onların növbəti qurbanı oldu, əslində onda infarkt əlamətləri vardı, amma savadsız və heç bir ləvazimatla təmin olunmayan Mərkəzi Xəstəxananın həkimləri ona düzgün diaqnoz qoyub həyatanı xilas edə bilmədi. Əksinə ağzına boş hava balonu qoyub ölümünü daha da tezləşdirdilər. Bəlkə də evdə qalsaydı o indi sağ olardı, amma artıq yoxdu və biz Məsimovlar ailəsi olaraq Şəki Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi, baş həkimi Məcid Əliyev, növbətçi həkim Elxan Əliyev və reanimasiya şöbəsində çalışan tibb personalının cəzalandırılmasını istəyirik. Bu özbaşınalıqların qarşısı alınmasa orda daha da çox canların qurban gedəcəyi qaçılmazdır.

 

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.    

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir