Modern.az

Rus məmurlarına alman maşınlarına minmək qadağan edildi...

Rus məmurlarına alman maşınlarına minmək qadağan edildi...

Təhsil

23 Oktyabr 2010, 14:02


“ZİL” avtomobil zavodu bu ilin sonuna qədər dövlət başçıları üçün nəzərdə tutlmuş rus limuzinlərinin yeni nəslinin istehsalına başlayacaq.  Bu barədə Modern.az rus internet resurslarına istinadən məlumat verib.

Qeyd edək ki, bu ilin may ayında prezidentin işlər idarəsinin müdiri Vladimir Kojin yaxın gələcəkdə bütün yaksək rütbəli məmurların alman avtomobilləri əvəzinə yerli istehsal olan rus limuzinlərində oturacaqlarını bəyan etmişdi.  

“Prezident bu məsələnin həlli üçün lazım olan bütün təfərrüatların öyrənilməsinə sərəncam verib. Biz artıq zavodla bu məsələlərin həlli ilə məşğuluq”-deyə o zaman Kojin bildirmişdi. Bundan sonra “ZİL” avtomobilin texniki imkanlarının hazırlnamsı üzrə iş planı təsdiq edilib. İndi tezliklə zavod bu yeni nəsil limuzinləri istismara verə biləcəkləri ilə bağlı son sözlərini deyəcək.     

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə