Modern.az

Odessanın prokuroru da gürcü oldu

Odessanın prokuroru da gürcü oldu

14 Sentyabr 2015, 11:21


Odessa vilayətinin prokuroru vəzifəsinə Ukrayna prokurorununu müavini David Sakvarelidze təyin olunub. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Sakvarelidze Ukrayna Baş prokurorunun müavini postunda da qalmaqla hər 2 vəzifəni icra edəcək. 

David Sakvarelidze Gürcüstanda cinayətkarlığa qarşı sərt mübarizəsi ilə tanınıb və hazrıki Odessa qubernatoru Mixail Saakaşvilinin komandasından olub. 2009-cu ildə o, Gürcüstan Baş prokurorunun müavini və Tbilisinin prokuroru vəzifələrində çalışıb.

2015-ci ilin fevralında isə Ukrayna vətəndaşlığı alaraq prokuror müavini çalışıb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir