Modern.az

Alimlərdən xəbərdarlıq: “Yaxın 2 ildə istilər rekord vuracaq”

Alimlərdən xəbərdarlıq: “Yaxın 2 ildə istilər rekord vuracaq”

14 Sentyabr 2015, 16:18

Böyük Britaniyanın Hidrometeoroloji Mərkəzi yaxın 2 il ərzində dünyada istilərin rekord səviyyəyə çatacağını proqnozlaşdırır. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, kəskin istiləşmə atmosferin zəhərli maddələrlə çirkləndirilməsi ilə yanaşı, dünya okeanında baş verən proseslərlə bağlıdır.

Bu proseslərdən başlıcası El Ninyo adlanan prosesdir. El Ninyo Sakit okeanın ekvator boyu uzanan hissəsində su səthinin qızması və şərqə doğru irəliləməsi prosesinə verilən addır. Təxminən 5 ildən bir təkrarlanan El Ninyo dünyanın iqliminə və temperatur göstəricilərinə önəmli təsir göstərir. Məhz El Ninyo quraq ərazilərdə yağıntıların olmasına, yaxud yağıntılı ərazilərdə quraqlığın başlanmasını müəyyən edir

“Dəyişikliklər eyni vaxtda başladığı üçün bu hadisələr Yer kürəsinin iqlimi üçün çox böyük əhəmiyyət daşıyır”, –Priston Universitetinin professoru Adam Skeyf deyib.

Alimlərin ehtimallarına görə, 2015-2016-cı illərdə Asiya və Avstraliya quraqlıqdan əziyyət çəkəcək, Cənubi və Şimali Amerika isə ciddi yağıntılarla üz-üzə gələcək.

Avropa qitəsində isə qışın sərt, yayın isə rekord istilər şəraitində keçəcəyi proqnozlaşdırılır.

Vüqar İsmayılov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu