Modern.az

Fuad Muradov rəqiblərini geridə qoyub

Fuad Muradov rəqiblərini geridə qoyub

Təhsil

23 Oktyabr 2010, 15:05

29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kampaniyası 9 gündür davam edir.

Bu müddət ərzində seçicilərlə 16 görüş keçirilmiş və bu tədbirlərdə 1000-dən çox insan iştirak etmişdir. Bundan başqa görüşlərə gələ bilməyənlərlə Fuad Muradov evlərinə gedərək şəxsən görüşmüş, problemləri ilə maraqlanmışdır. Səbailin istər Bayıl, 20-ci sahə, istərsə də Badamdar ərazisində seçicilərin böyük dəstəyini qazanan Fuad Muradov bütün rəqiblərini geridə qoyub.

Oktyabrın 23-də Əlibəyov qardaşları 35, Bibiheybət Mədəniyyət evində növbəti görüşlər baş tutdu. Seçicilərin yüksək aktivliyi ilə keçən görüşdə əvvəlcə deputatlığa namizədin platforması təqdim olundu. Bildirildi ki, sosial, iqtisadi, təhsil və elm, səhiyyə, gənclər siyasəti və s. əhatə edir. Növbəti 5 ildə qarşıya qoyulan məsələlərlə bağlı seçicilərini məlumatlandıran deputatlığa namizəd Fuad Muradov qeyd etdi ki, küçə və məhəllədaxili ərazilərin abadlaşdırılması üçün büdcədən ayırmaların artırılması, müxtəlif səbəblərdən sənədləşdirilməmiş torpaqlarda evlərin tikilməsi ilə əlaqədar olaraq problemlə üzləşən az təminatlı insanlar üçün torpaq amnistiyasının verilməsi və ya bu problemin sadə insanların xeyrinə ən münasib həllinin tapılması, dünyanın aparıcı təhsil ocaqlarının elmi jurnallarının və populyar dərs vəsaitlərinin Azərbaycanın ali təhsil müəssisələri üçün alınması və tərcüməsinin, eləcə də elektron kitabxanaların yaradılmasının dövlət səviyyəsində təşkil edilməsi və mövcud kitabxana bazalarının gücləndirilməsi, 5 yaşına qədər uşaqlar və 65 yaşından yuxarı yaşlıların pulsuz dərmanlarla təmin edilməsi, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakını təmin etmək üçün gənclərə və gənclər təşkilatlarına dövlət qayğısının artırılması onun platformasının əsas müddəalarıdır.

Bibiheybət ərazisində yaşayan seçicilər Fuad Muradovun seçildiyi 5 il müddətində daim sakinlərlə əlaqə saxladığını və onları narahat edən problemlərin həllində yardımçı olduğunu vurğuladılar. Rayon sakini Şahin Verdiyev çıxış edərək bildirdi ki, Səbail seçiciləri artıq öz seçimlərini ediblər. «Digər namizədlərə gəlincə isə onların bir neçəsini heç tanımırıq. Bəziləri isə bir zamanlar bu rayonda guya işlədiklərini iddia edirlər. Biz kimin necə işlədiyini yaxşı bilirik. Odur ki, biz bir daha Muradov Fuad deyirik.»

Fuad Muradov bu gün həmçinin Səbail ərazisindəki «Sodrujistva» cəmiyyətinin nümayəndələri ilə görüşdü. Görüşdə Fuad Muradov ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələrinə eyni cür şəraitin yaradıldığını diqqətə çatdırdı. Öz seçki platformasını icma nümayəndələrinin diqqətinə çatdıran deputatlığa namizəd ona bir daha etimad göstəriləcəyi halda yenidən Səbailliləri Milli Məclisdə təmsil etmək istəyində olduğunu dedi.

İcmanın nümayəndələri ilə qarşılıqlı dialoq şəklində keçən görüşdə bir sıra problemlər namizədin diqqətinə çatdırıldı. Ümumiyyətlə keçirilən görüşlərdə bir sıra problemlər seçicilər tərəfindən qaldırıldı. Ən əsası isə pensiya, məhəllələrarası yol, işıqlandırma və s. Namizədin diqqətinə çatdırıldı. Bununla belə seçicilər ötən dəfə olduğu kimi bu seçkilərdə də Fuad Muradovu dəstəkləyəcəklərini bildirdilər.

 

 

 

 



Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə