Modern.az

Tacikistanda döyüşlər davam edir - xüsusi təyinatlıların komandiri öldürüldü

Tacikistanda döyüşlər davam edir - xüsusi təyinatlıların komandiri öldürüldü

Dünya

16 Sentyabr 2015, 10:54


Tacikistanın Ramit dərəsində keçmiş müdafiə nazirinin müavini Əbuhəlim Nazarzodanın başçılıq etdiyi qiyamçılarla döyüşlər davam edir. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, döyüşlərdə Tacikistan Daxili İşlər Nazirliyinin “Alfa” qrupunun komandiri Rüstəm Amakiyev və daha 3 xüsusi təyinatlı həlak olub. Əməliyyat davam edir.

Sentyabrın 4-də Tacikistanda polis məntəqələrinə hücumlar zamanı 9 polis işçisi həlak olub. Rəsmi Düşənbə silahlı aksiyaların arxasında keçmiş müdafiə nazrinin müavini Əbuhəlim Nazarzado və polkovnik Cunaydulla Umarovun durduğunu düşünür. Onlara qarşı “vətənə xəyantə” ittihamı da daxil olmaqla 4 maddə üzrə iş açılıb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!