Modern.az

Qarabağ separatçılarının sponsoru azadlığa buraxıldı

Qarabağ separatçılarının sponsoru azadlığa buraxıldı

Dünya

16 Sentyabr 2015, 11:08


Moskva istintaqçıları Qarabağ separatçılarına maliyyə yardımları ilə tanınan erməni əsilli biznesmen Levon Ayrapetyanı ev dustaqlığından azad ediblər.

Modern.az saytı Rusiya KİV-nə istindla xəbər verir ki, bu qərar biznesmenin ev dustaqlığının sentyabrın 15-də başa çatması ilə bağlıdır.

2014-cü il iyulun 17-də həbs olunan 66 yaşlı Ayrapetyan Rusiya dövlətinə məxsus “Başneft” şirkətinin səhmlərinin qanunusuz yolla satılmasında və 700 min dollar rüşvət almaqda təqsirləndirilir. Bu işlə bağlı Levon Ayrapetyanla bağlı Başqırdıstan prezidentinin oğlu Ural Rəhimov da axtarışa verilib.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!