Modern.az

Ermənistanın dövlət borcu 4 milyardı keçdi

Ermənistanın dövlət borcu 4 milyardı keçdi

Dünya

16 Sentyabr 2015, 11:58


Ermənistanın beynəlxalq xarici təşkilatlar və kreditorlar qarşısında borcu 4 milyard dolları keçib. Modern.az saytı Erməniastanın “Ayots aşxar” qəzetinə istinadən xəbər verir ki, ümumi borc ilin əvvəlindən 283 milyon dollar artaraq, 4 milyard 68 milyon dollar təşkil edib. Amma bu rəqəm hələ artacaq.

“Amma bu son deyil. Artıq bir neçə yüz milyonluq kredit razılaşmaları imzalanıb. Onların sırasında Ermənistanı ordsunun silahlanması üçün Rusiyadan alınan 200 milyonluq və Metsamor Atom Elektrik Stansiyasının modernləşdirilməsi üçün alınan 270 milyon dollarlıq kreditlər də var”.

Ermənistanın 2015-ci il dövlət büdcəsi 2,851 milyard dollardır.

Vüqar İsmayılov   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir