Modern.az

Rusiyanın separatçılara ayırdığı aylıq pulun həcmi açıqlandı

Rusiyanın separatçılara ayırdığı aylıq pulun həcmi açıqlandı

16 Sentyabr 2015, 14:50



Rusiya hər ay qondarma “Donetsk Xalq Respublikası”na 2,5 milyard rubl (37,2 milyon dollar) yardım ayırır. Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə separatçıların adı açıqlanmayan yüksək vəzifəli 2 məmuru məlumat verib.

Uzun illər Ukraynanın daş kömür və metal ixracı ilə tanınan Donetsk bölgəsi müharibədən sonra yalnız Rusiyanın birbaşa yardımlarından və yerli biznesmenlərdən topladığı vergi ilə dolanır.

Bundan öncə Donetsk separatçılarının liderindən Denis Puşilin rus rublunun “respublika”da yeganə valyuta vahidi olaraq qəbul edildiyini bildirib.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır