Modern.az

Dumada qalmaqal: “Jirinovski hakim partiya üzvlərini cinayətkar adlandırdı”

Dumada qalmaqal: “Jirinovski hakim partiya üzvlərini cinayətkar adlandırdı”

Dünya

16 Sentyabr 2015, 21:44



Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Vahid Rusiya” Partiyasından olan deputat İrina Rodninanı açıq şəkildə təhqir edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, insident Jirinovskinin Dövlət Dumasında çıxışı zamanı baş verib. O, Amur vilayətində keçirilən seçkilər zamanı baş verən qanunsuzluqlardan danışıb. Bu zaman ayrı-ayrı deputatlar zalda gur səslə onun çıxışı ilə bağlı replikalar səsləndiriblər.

Nəticədə Jirinovski əsəbləri tab gətirməyib. “Vahid Rusiya”nın deputatı İrina Rodninaya müraciət edən Jirinovski onu vicdansız adlandırıb. Ardınca bütün “Vahid Rusiya”nı tənqid edən RLDP lideri onları cinayətkar adlandıraraq bəyan edib ki, onlarla birgə zalda olmaq pisdir.

“Vahid Rusiya”nın nümayəndələri Jirinovskidən üzr istəməyi tələb edəndə isə RLDP fraksiyası nümayişkaranə şəkildə Dövlət Dumasının iclas zalını tərk edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir