Modern.az

Afrikalı zənci Avropada bələdiyyə sədri seçilib

Afrikalı zənci Avropada bələdiyyə sədri seçilib

25 Oktyabr 2010, 13:45

Qana mənşəli bir həkim Sloveniyada keçirilən yerli seçkilərdə qalib gəlib. Bu ölkədə ilk dəfə mer vəzifəsinə qaradərili şəxs seçilib. (BBC)

Mərkəz-solçu namizəd Piter Bossman (Peter Bossman) Sloveniyada şəhər meri seçilən ilk qaradərili mer olacaq.

Doktor Piter Bossman Sloveniyanın Piran şəhərində keçirilən seçkilərdə qələbə qazanıb.

O, vaxtl ilə Yuqoslaviyanın tərkibində olan Sloveniyaya 1970-ci illərdə tibb universitetində oxumaq üçün gəlib. 34 il əvvəl təhsil almaq üçün gələn bu qaradərili qrup yoldaşı ilə ailə həyatı quraraq bir daha öz ölkəsi Qanaya geri dönməyib.
Fransanın xəbərlər agentliyinə müsahibəsində, doktor Piter Bossman deyib ki, onun Piran şəhərinin meri seçilməsi Sloveniyada demokratiyanın hansı səviyyədə olduğunu nümayiş etdirir.

Qeyd edək ki, bu hadisə nəinki Slovakiyada, eləcə də Avropa qitəsində də ilk hadisədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?