Modern.az

Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetcilər Federasiyası protokol imzalayıb

Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetcilər Federasiyası protokol imzalayıb

25 Oktyabr 2010, 15:01

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetcilər Federasiyasının oktyabrın 19-dan 22-dək keçirilən illik toplantısında iştirak edib. Türkiyənin Kayseri şəhərində baş tutan tədbir iştirakçıları sırasında bu ölkənin nüfuzlu media qurumlarının təmsilçiləri ilə yanaşı siyasi xadimlər və dövlət rəsmiləri də olublar.  

Türkiyə prezidenti Abdullah Gülün də qatıldığı mərasimdə federasiyaya üzv jurnalist qurumlarının hesabat dövründə gördükləri işlərlə bağlı məruzələr, həmçinin söz və mətbuat azadlığı sahəsindəki tendensiyalar ətrafında müzakirələr keçirilib. MŞ sədri Ə.Amaşov Azərbaycan mətbuatının tarixi, bu günü, Azərbaycan və Türkiyənin media qurumları arasında əməkdaşlığın vəziyyətinə dair məruzə edib. Şura sədri iştirakçılara rəhbərlik etdiyi qurumun ölkəmizdə medianın özünütənzimləməsi istiqamətində reallaşdırdığı tədbirlərlə bağlı da məlumat verib.  

Toplantıda Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetəcilər Federasiyası arasında anlaşma protokolu imzalanıb. Protokolda  Azərbaycan jurnalistlərinin Türkiyədə düzənlənəcək media peşəkarlığı seminarlarına qatılmaları, Türkiyənin media ekspertlərinin Azərbaycana səfərlərinin təşkili, qurumların hər iki ölkənin media təşkilatları arasında əlaqələrin dərinləşdirilməsində vasitəçilik etmələri, birgə layihələr gerçəkləşdirmələri nəzərdə tutulub. Sənəddə TQF-nin növbəti toplantılarından birinin Azərbaycanda təşkili də əksini tapıb.  

Qeyd edək ki, Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına Ə.Amaşovla yanaşı TQF-yə Azərbaycandan üzv olan jurnalist təşkilatlarının rəhbərləri - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da qatılıblar. 

 

 

 


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir