Modern.az

Makedoniya fövqəladə vəziyyət rejimini uzatdı

Makedoniya fövqəladə vəziyyət rejimini uzatdı

19 Sentyabr 2015, 01:22

Makedoniya hökuməti Yaxın Şərq və Şimali Afrikadan qaçqın axını ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini 2016-cı ilin 15 iyununadək uzadıb.

Bu barədə qərar ölkə parlamentində keçirilən səsvermə nəticəsində qəbul edilib. Qərarın yekdilliklə qəbul edilməsi vurğulanır.

Makedoniyanın daxili işlər naziri Mitko Çavkov sərhəddə vəziyyətin gərgin olduğunu bildirib: “Əldə etdiyimiz məlumatlara əsasən, Balkan marşrutundan istifadə edən qaçqınların sayı yaxın gələcəkdə azalmayacaq.

Eyni zamanda, Avropa İttifaqı böhranın aradan qaldırılması üçün hələ də ümumi qərar verməyib. Bu isə əlavə problemlərin yaranması deməkdir”. (APA) 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır