Modern.az

Ağ Ev: “Rusiya Suriyadan əlaltı dövlət kimi istifadə edir”

Ağ Ev: “Rusiya Suriyadan əlaltı dövlət kimi istifadə edir”

19 Sentyabr 2015, 12:43

Ağ Evdə əmindirlər ki, Rusiya Suriyadan əlaltı dövlət kimi istifadə edir.

“Rusiyanın Suriyadakı hərbi iştirakı çoxdandır, buna görə də o vaxtaşırı Suriyadan Yaxın Şərqdə əli altındakı dövlət kimi istifadə edib. Rusiya prezident Bəşər Əsəd rejiminin dəstəklənməsində böyük rol oynayıb”.
 Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Ağ evin rəsmi nümayəndəsi Coş Ernest deyib.

Bununla belə, Ernest əmindir ki, Əsəd rejimi təcrid edilib və qanuniliyini itirib.

Pentaqon bundan əvvəl Suriyanın Latakiya şəhəri yaxınlığında Rusiyanın hərbi aviasiya bazası tikməyə hazırlaşdığını mümkün olduğunu da bəyan edib. Ancaq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Nikolay Boqdanovski bəyan edib ki, belə bir plan yoxdursa da  hər şey ola bilər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?