Modern.az

İŞİD Mosulda Səddam Hüseyn adına xəstəxana açıb

İŞİD Mosulda Səddam Hüseyn adına xəstəxana açıb

Dünya

19 Sentyabr 2015, 15:18


Mosulda xəstəxana açan İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması orqan ticarətini buradan həyata keçirir.

Modern.az xarici mediaya istinadən bildirir ki, Mosulun  işğalından sonra şəhərdən qaçan KDP-nin Mosul sözçüsü Said Mamuzini İŞİD-in bölgədə xəstəxana açıb orqan ticarəti etdiyini açıqlayıb.

Məlumatda qeyd edilir ki, terrorçular orqanları kasıblardan alıb zənginlərə satırlar.   Said Mamuzinin sözlərinə görə, İŞİD xəstəxananı iyun ayının 13-də açıb. Xəstəxanaya İraqın keçmiş lideri olan Səddam Hüseynin adını veriblər. Əməliyyatlar təşkilatın həkimləri tərəfindən reallaşdırılır.  

O deyib ki, Mosulda yaşayanların çoxu kasıbdır: “İnsanların bəziləri kasıblıqdan orqanlarını satır. İş-güc yoxdur. Şəhərdən də başqa yerə gedib çalışa bilmərik. Bu səbəbdən məcbur olaraq orqanlarımızı satırıq.

Hər kəsdən orqan alıb satırlar. Həbs etdikləri insanların da orqanlarını alıb satırlar. Onlara “Həbs cəzan çoxdur. Bizə bir orqanını versən, hədiyyə olaraq qiymətləndirərik və səni erkən buraxarıq”, - deyirlər.”  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?