Modern.az

Məşhurların ölüm ayağında söylədikləri: "Sizin Allahı qəbul etmirəm”

Məşhurların ölüm ayağında söylədikləri: "Sizin Allahı qəbul etmirəm”

19 Sentyabr 2015, 21:29


Dünyaca məşhur insanların həyatları kimi ölümləri də çox maraqlı olub. Yəqin ki, hər kəsə maraqlı olar, ölüm yatağında  onların son sözləri nə olub.

Modern.az  məşhurların ölüm döşəyində söylədikləri son sözləri  təqdim edir.

Müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk can verdiyi son anlarda  ətrafından saatı soruşaraq  ölümü  salamlayaraq deyib:

“Vəaleykümsalam...”

O, 10 noyabr  1938-ci il saat 09:05-də tutulduğu sirroz  xəstəliyindən İstanbulda  Dolmabaxça sarayında  vəfat  edib.

Dünya tarixinin ən böyük  siyasətçisi Uinston Çörçill  80 yaşından depressiyadan əziyyət çəkməyə başlayır və ruhi sarsıntılar keçirir.

Ömrünün son 10 ilini tənha yaşamağa üstünlük vermiş  nəhəng siyasət adamı 1965-ci ilin yanvarın 24-də  əbədi depressiyalarından qurtulur. Çörçill ölüm yatağında son olaraq bu sözləri deyir: "Hər şey necə də cansıxıcıdır...”

ABŞ-ın 32-ci prezidenti  Franklin Delano Ruzvelt  1921-ci ilin avqustunda poliomelit xəstəliyinə tutulmuş və bundan sonra ayaqları tam işləmədiyi üçün ömrünün qalan hissəsini əlil arabasında keçirməli olmuşdu. Bu da onun 3 il ərzində siyasətdən uzaqlaşması ilə nəticlənmişdi. O, 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat edib. Ölüm döşəyində son sözü belə olub: “Başım dəhşət ağrıyır”.

Yüzillik müharibdə Fransanı  düşdüyü çətin vəziyyətdən xilas etmiş  Janna Darkın ölüm anında son sözü bu olub: “Mən sizin Allahı qəbul etmirəm”.

Dahi Azərbaycan şairi Nəsiminin edam olunarkən dediyi son cümlə: “Bir gün haqq qayıdacaq”.

Azərbaycan  dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə ölüm döşəyində ikən  yaxınları onun necə dəfn edilmək istədyini soruşduqda  o da cavabında “Mənim üçün fərqi yoxdur, necə istəyirlər, elə də dəfn etsinlər”,-deyib. 

Məşhur italiyan rəssamı Leonardoda Vinci  ölümqabağı son cümlələrində deyib:

"Mən Allahı və insanları təhqir etmişəm! Mən əsərlərimi istədiyim səviyyədə yarada bilməmişəm!"

Fransa kraliçası Mariya Antuanetta edam olunmazdan əvvəl özünü cox sakit aparıb.. Hətta dar ağacına yaxınlaşarkən bilmədən ayağını tapdaladığı cəllada: "Bağışlayın cənab, mən bunu bilmədən etdim",-deyə üzr isəyib.

Məşhur ingilis şairi,  “Şərq poemasının” müəllifi Corc Bayronun ölüm anında son sözü “Ana” olub.

Yuli Sezar ən yaxın dostu  Brut tərəfindən  eramızdan əvvəl 44-cü il martın 15-də sui-qəsd nəticəsində 23 xəncər zərbəsi ilə qətlə yetirilib. Ölüm anında dostunun xəyanətini görərək  deyib:

"Sən də mi Brut?”

 O, həm qüdrətli  dövlət xadimi kimi, həm də güclü bir sərkərdəlik qabiliyyəti ilə tarixin yaddaşlarında qalıb.

Leyla Əfqan  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır