Modern.az

Moskva-Ankara-Vaşinqton arasında müdhiş Suriya müzakirəsi

Moskva-Ankara-Vaşinqton arasında müdhiş Suriya müzakirəsi

19 Sentyabr 2015, 22:51



Suriyadakı vətəndaş müharibəsinin sona çatdırılması və qlobal bir problem halına çevrilən miqrasiya probleminin aradan qaldırılması üçün son günlər ABŞ, Rusiya və Türkiyə arasında üçtərəfli təmas yolu diqqətçəkən olub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ-la Rusiyanın Suriya məsələsində hərbi səviyyədə danışıqlar aparmaq və dialoq kanalları yaratmaq cəhdinin ardından ABŞ-ın dövlət katibi Con Kerrinin dünən Ankaraya telefon açaraq yeni prosesləri müzakirə etdiyi öyrənilib.

ABŞ prezidenti Barak Obama Suriya strategiyasında dəyişikliyə yönələrək, Rusiya ilə hərbi səviyyədəki görüşlərdə qapıları açdığını elan edib. Bu yeni inkişaf çərçivəsində Moskva - Ankara - Vaşinqton xəttində son günlərdəki təmaslar da diqqətçəkən olub. Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu sentyabrın 17-də Soçidə Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrovla görüşüb. Dipolmatik mənbələrdən verilən məlumata görə, Ankaraya dönən Sinirlioğluna dünən ABŞ-dan zəng gəlib. Sinirlioğlu Rusiyadakı müzakirə ilə bağlı ABŞ-ın dövlət katibi Con Kerri ilə telefonda məlumat verib. Danışıq zamanı Suriyadakı son vəziyyət, qaçqın problemi, İŞİD və PKK terroru ilə bağlı mübarizə müzakirə olunub.

Bu çərçivədə yüksək səviyyəli görüş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri zamanı da baş verəcək. Moskvadakı böyük məscidin açılış mərasimində iştirak edəcək Ərdoğan, sentyabrın 23-də Rusiya prezidenti Vladimir Putin ilə də görüşəcək.

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır