Modern.az

Erməni qadın kürdlərin partiyasından yenə namizəd oldu

Erməni qadın kürdlərin partiyasından yenə namizəd oldu

Dünya

19 Sentyabr 2015, 23:17



Xalqların Demokratik Partiyasının (HDP) noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı Yüksək Seçim Kuruluna təqdim etdiyi siyahıdan yenə erməni qadının namizədliyi irəli sürülüb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ixtisasca hüquqşünas olan Selina Doqan İstanbuldakı 2-ci seçki dairəsindən namizəd olacaq. O, iyunun 7-də keçirilən seçkilərdə də siyahıda parlamentə düşmək imkanı verən yerdə idi.

Selina Doqan 1977-ci ildə İstanbulda anadan olub. Vəkillik kontorunda işləyir. Erməni və türk dillərindən başqa ingilis və fransız dillərini də bilir.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir