Modern.az

Həbs edilən məmurdan milyonlarla qiyməti olan saat kolleksiyası götürüldü

Həbs edilən məmurdan milyonlarla qiyməti olan saat kolleksiyası götürüldü

19 Sentyabr 2015, 23:56

Bu gün həbs edilmiş Komi rəhbəri Vyaçeslav Qayzerin iş otağında keçirilən axtarış zamanı içərisində böyük məbləğdə pulların, bahalı saat kolleksiyasının, bir neçə ofşor şirkətin sahibliyinə dair sənədlərin, habelə “Bombardier Learjet” və “Hawker 800XP” tipli təyyarələrin əldə olunmasına dair layihələrin olduğu seyf götürülüb.

Modern.az bildirir ki,  bu faktlar Rusiya İstintaq Komitəsinin əməliyyat videoyazısında əks edilib.    

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi bundan əvvəl Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer, onun müavini Aleksey Çernov, həmçinin nüfuzlu  sahibkarlar Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunu zərərsizləşdirib.

Məlumata görə, aşkarlanmış kolleksiyasındakı saatların hər birinin qiyməti təxminən 1 mln dollar təşkil edir. (APA) 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir