Modern.az

Seks köləsi olan QAÇQIN UŞAQLAR

Seks köləsi olan QAÇQIN UŞAQLAR

20 Sentyabr 2015, 21:03

İtaliyayaya sığınan bu uşaqlardan bəziləri, çox yaxşı şərtlərə malik olmayan saxlanma mərkəzlərinə yerləşdirilsələr də, əksəriyyəti küçələrdə yaşayır, narkotik satır və seks tacirlərinin əlinə düşürlər.

BBC bu uşaqların başlarına gələnləri araşdırıb və onlardan bəziləri ilə təkbətək görüşüb. Ortaya çıxan mənzərə isə insanın içini göynədir...

14 yaşlı Xalidin danışdıqları Avropaya qaçan qaçqın oğlan uşaqlarının başlarına gələnləri bütün çılpaqlığı ilə ortaya qoyur. Xalid Romada narkotik satır. “İtaliyada qaçqın oğlan uşaqlarının yaşaması üçün ya narkotik satması, ya da italyan kişilərlə əlaqəyə girməsi lazımdır”, - Xalid üzləşdiyi mənzərəni bu sözlərlə ifadə edir.

O deyir: “Qarnımı doydurmaq üçün narkotik satmağa başladım. Digər qaçqın uşaqlar kimi italyan kişilərlə seks etməmək üçün buna məcburdum. Misirli, tunisli, əlcəzairli oğlan uşaqları seks üçün 40 dollar, bəzən 60 dollar alırlar. Amma mən heç görməmişəm”.

Uşaqların çoxu müsəlman mühafizəkar ailələrdən gəlir və vəziyyəti qəbul etmək onlar üçün çox çətindir. Xalid işlərin necə getdiyini də danışır: “Adamlar bizə yeyəcək bir şeylər verirlər. Bəzən siqaret. Sonra ciblərindəki pulu göstərib cinsi əlaqəyə girmək istəyirlər. 18 yaşından kiçik, ya da böyük onlar üçün heç fərq etmir”.

Qaçqın qızların dramı isə daha faciəlidir. Onlar adam oğrularına borclarını ödəmək üçün seks köləsi olaraq çalışırlar. 20 dollar qarşılığında kişilərlə seksə razılaşırlar. Sözügedən qızların ailələri varsa, insan qaçaqçıları zamanında ödəmə almaq üçün ailələri təhdid edirlər. Qızların çoxu 13 yaşındadırlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər