Modern.az

“Hizbullah” və “HƏMAS”ın dostu olan partiya sədri yəhudidir

“Hizbullah” və “HƏMAS”ın dostu olan partiya sədri yəhudidir

Dünya

21 Sentyabr 2015, 11:24


Ötən həftə Böyük Britaniyada partiyadaxili seçkilərdə qalib gələrək Leyboristlər Partiyasının sədri seçilən Ceremi Korbin mənşəcə yəhudi olduğunu deyib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Leyboristlər Partiyasının ultra solçu qanadına məxsus olan siyasətçi bütün dinlərə eyni gözlə baxdığını söyləyib:

“Mənim anam “İncil” oxuyan ateist idi. Daha dəqiq desək, aqnostik. O, dini ailədə böyümüşdü. Qardaşı da kilsə xadimi idi. Amma onların ailəsi yəhudi mənşəli idi, onların əcdadları çox güman ki, Almaniya yəhudilərindən olub”.

66 yaşlı siyasətçi bununla belə, dinə qarşı olmadığını deyir:

“Mən din əleyhinə deyiləm - məscidlərə, sinaqoqlara, kilsələrə gedirəm. Düşünürəm ki, din çox maraqlı hadisədir, xüsusən insanlar üzərində hakimiyyətə malik olması izah olunmazdır”.

Ceremi Korbin karyerası boyunca İsrail dövlətinə qarşı sərt çıxışları ilə yadda qalıb. O, yəhudi dövlətini boykot etməyə və onu nüvə potensialından məhrum etməyə çağırır.

Siyasətçi İrana qarşı sanksiyaların aradan qaldırılmasına, “HƏMAS” və “Hizbullah” qruplaşmaları ilə münasibətlər qurmağa, onların Britaniya parlamentində çıxış etmələrinə şərait yaradılmasına çağırış edir.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir