Modern.az

Macarıstan miqrantlara qarşı silah işlədəcək

Macarıstan miqrantlara qarşı silah işlədəcək

21 Sentyabr 2015, 21:30

Qərar Macarıstan parlamenti tərəfindən qəbul olunub. Modern .az-ın xarici mətbuata istinadən  məlumatına görə parlament  sərhədlərin mühafizəsi məqsədilə orduya ölümcül olmayan silahlardan istifadə etmə hüququ verib.Qanun Macarıstan parlamenti tərəfindən səs çoxluğu ilə qəbul edilib.

Qanuna əsasən, ordu iğtişaşlar zamanı qeyri döyüş silahları, rezin güllələr, pirotexnik vasitələr və gözyaşardıcı qaz qumbaralardan istifadə edə bilər. 

Belə bir qərarın qəbuluna sentyabrın 15-ə keçən gecə Macarıstana kütləvi  miqrant axınının baş verməsi səbəb olub. Xatırladaq ki, həmin gecə Macarıstan Serbiya ilə sərhədini bağlayıb. Nəticədə sərhədlər arasındakı neytral zonada 5 minədək qaçqın toplanıb. Macar polisi və miqrantlar arasındakl iğtişaş isə 30 polisin və 150 miqrantın xəsarətinə səbəb olub. 

Modern.az 

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır