Modern.az

MKİ-nin sabiq analitiki: "Rusiya qazın Türkiyə ərazisindən tədarükündən imtina edə bilər"

MKİ-nin sabiq analitiki: "Rusiya qazın Türkiyə ərazisindən tədarükündən imtina edə bilər"

21 Sentyabr 2015, 22:17

Moskvanın Ankaraya təsir vasitələri var, belə ki, Rusiya qazın Türkiyə ərazisi ilə tədarükündən imtina edə bilər. Modern.az bildirir ki, bunu  Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bu arqumentdən istifadə etməyə çalışacaq.

Ekspert hesab edir ki, Moskvanın, əsasən, kürdlərin yaşadığı Türkiyənin cənub-şərq vilayətlərinə təsiri var və dövlət strukturlarına qarşı hücumların fəallaşmasına yardım edə bilər. P.Qoblun fikrincə, Ankara və Moskva Suriya münaqişəsinin nizamlanması üzrə heç cür razılığa gələ bilməzlər. 

Qeyd edək ki, R.T.Ərdoğanın sentyabrın 23-də Rusiyaya səfəri gözlənilir.(Trend.az) 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir