Modern.az

Qurban bayramı ilə bağlı selfi qadağası

Qurban bayramı ilə bağlı selfi qadağası

Dünya

22 Sentyabr 2015, 13:34


Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, ali müfti Yerjan Kazı Malqajıulı Qurban bayramında kəsilən heyvanların fonunda selfi çəkməyin düzgün olmadığını deyib. Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, müfti bu addımın İslam prinsiplərinə zidd olduğunu deyib:

“Öz savab əməllərinlə öyünmək olmaz. Həmin anları foto, yaxud videoya çəkib insanlara göstərmək qürur mənbəyi ola bilməz”.

Qurban bayramı ilə bağlı Qazaxıstanın paytaxtı Astanada qurbanlıq heyvan kəsmək üçün 29 xüsusi yer ayrılıb. Bundan başqa, müfti Yerjan Kazı Malqajıulı yerli iş adamlatı ilə görüş zamanı qurbanlıq qoçların qiymətinin 30 min təngədən (111 dollar) baha olmaması barədə anlaşıb.

Bu il müsəlmanların ən vacib bayramlarından olan Qurban bayramı sentyabrın 24-25-də  olacaq.

Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!