Modern.az

Milyarder dünyanın ən böyük yaxtasını aldı

Milyarder dünyanın ən böyük yaxtasını aldı

22 Sentyabr 2015, 14:05


Dünyanın ən böyük yelkənli yaxtası olan “Sailing Yacht A” yaxtası Almaniyanın şimalında suya buraxılıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, uzunluğu 142 metr, hündürlüyü 91 metrə çatan yaxtanı rusiyalı iş adamı Andrey Melniçenko sifariş edib.

Təxminən 404 milyon dollara tikilən yaxta 20 sərnişin və 54 heyət üzvü üçün nəzərdə tutulub. Yelkənlə yanaşı, “Sailing Yacht A” yaxtasında dizelli mühərrik də quraşdırılıb.  

Maraqlıdır ki, dünyanın ən böyük 2-ci yaxtası da rusiyalı milyarderə - Roman Abramoviçə məxsusdur. Onun “Eclipse” adlı yaxtası 163 metr uzunluğundadır.  

Andrey Melniçenko Rusiyanın nəhəng “SUEK” kömür şirkətinin və YevroXim” kimya korporasiyasının sahibidir. “Forbes” jurnalı onun şəxsi sərvətini 10,8 milyard dollar səviyyəsində dəyərləndirir.    

Vüqar İsmayılov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər