Modern.az

Yunanıstanın yeni hökumətində istanbullu iki nazir olacaq

Yunanıstanın yeni hökumətində istanbullu iki nazir olacaq

Dünya

22 Sentyabr 2015, 22:54



Yunanıstanda erkən parlament seçkilərindən gözlənilməz bir zəfərlə çıxan Syriza Partiyasının lideri Aleksis Çiprasın yeni hökumətdə iki istanbullu nazirə yer verməsi gözlənilir. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, prezident Prokopis Paulopoulos qarşısında yaxın dostları Nikos Pappas və Olqa Gerovasilinin iştirakı ilə dünən axşam and içən Çipras yeni hökuməti bu gün gec saatlarda açıqlayacaq.

Syriza Partiyasındakı mənbələrdən alınan məlumatlara görə, Çiprasın yeni hökumətində iki istanbullu nazirə birdən yer verməsi gözlənilir. Hökumətin Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan ibarət olan üçlüklə danışıqları aparmaq kimi bir “Memorandum Nazirliyi” qurulması və bu vəzifəyə nazir olaraq müvəqqəti hökumətin maliyyə naziri olan Giorgos Houliarakisin təyin olunması, Maliyyə Nazirliyinə də istanbullu Dimitris Mardasın gətirilməsi gözlənilir.

Çiprasın yeni kabinetində təhsil və ya mədəniyyət naziri kimi də yenə istanbullu olan Kostas Gavrogluna yer verməsi gözlənilir.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər