Modern.az

120 min qaçqın Avropa İttifaqı məkanında bölüşdürüləcək - QƏRAR

 120 min qaçqın Avropa İttifaqı məkanında bölüşdürüləcək - QƏRAR

22 Sentyabr 2015, 23:00

Avropa İttifaqının DİN rəhbərləri 120 min qaçqının bölüşdürülməsinə dair qərar qəbul edib. Modern.az xarici mətbuata istinadən bildirir ki, qərara əsasən qaçqınlar Aİ məkanında bölüşdürüləcək. Bu barədə  Aİ-də sədrlik edən Lüksemburqun daimi nümayəndəliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən 120 min qaçqının bölüşdürülməsini qərarını Aİ-nin üzv dövlətlərinin əksəriyyəti dəstəkləyib.

Xatırladaq ki, qaçqın axını ilə bağlı Avropa ölkələri son günlər həyəcan təbili çalırdı, hətta bəzi ölkələr sərhədlərini  bağlamaq addımı belə atdılar.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?