Modern.az

İŞİD Obama administrasiyasını parçaladı: İstefa var

İŞİD Obama administrasiyasını parçaladı: İstefa var

23 Sentyabr 2015, 10:22


ABŞ-ın “İslam dövləti” ilə  (İŞİD) mübarizə üzrə xüsusi nümayəndəsi Con Allen vəzifəsindən gedir.

Modern.az saytının məlumatına görə bu barədə ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.  

Agentlik mənbələrə istinadən bildirib ki, Con Alleni İŞİD məsələsində Barak Obama administrasiyasında yaranan fikir ayrılığı fonunda bu qərarı qəbul edib.  

Qeyd olunur ki, o, Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə səylərinin kifayət olmadığına görə məyus olub.  

Ağ Evdən verilən bəyanatda isə vurğulanıb ki, Con Allen şəxsi səbəblər üzündən, əsasən də arvadının sağlamlığında yaranan problemlərə görə vəzifəsindən getmək istəyir.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir